• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1390
— 16.06.2020 12:10

Olimpiada yenidən təxirə salına bilər

KepezTV Player

Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi olimpiadanın yenidən təxirə salına biləcəyini açıqlayıb.

Bununla belə, qurum oyunları 2021-ci ilin yayında keçirmək istədiklərini bildirib. "Tokio olimpiadasının ləğvinin qarşısını almaq mütləq lazımdır" deyə açıqlamada vurğulanıb.Mütəxəssislərin hesablamasına görə, Yay Olimpiya Oyunlarının ləğvi Yaponiya və dünya iqtisadiyyatına böyük zərbə vuracaq. Gələn ilin yaz aylarında olimpiadanın iyul - avqustda keçirilməsinin problemli olduğu aydın olarsa, Yaponiya tərəfi Beynəlxalq Olimpiya Komitəsi ilə növbəti dəfə müzakirələr aparacaq.Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.