• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2361
— 16.06.2020 12:06

Kür çayında 2 nəfər boğulub

KepezTV Player

Bir anlıq ehtiyatysızlıq həyatları bahasına başa gəldi. Həm Kür çayında, həm Lənkərançayda ölümlə nəticələnən boğulmalar olub. Təfərrüatları izləyək.

ki nəfər Kür çayında batıb. Hadisə çayın Tovuz rayonunun ərazisində keçən hissəsində qeydə alınıb. Abulbəyli kənd sakinləri 46 yaşlı Namiq Həsənov və 34 yaşlı Abbas İsmayılov yeyib-içdikdən sonra sərinləmək üçün çaya giriblər. Namiq Həsənov həmkəndlisinin boğulduğunu görüb və onu xilas etməyə çalışıb, ancaq hər ikisi suda batıblar. Bu zaman Namiq Həsənovun azyaşlı oğlu da atasına kömək etmək üçün suya atılıb. Onu yaxınlıqdakı adamlar xilas ediblər.Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda hər iki şəxsin axtarışları aparılır.

Kür çayında daha bir adam batdı

İyunun 14-də isə Kür çayının Sabirabadın Qruzma kəndi ərazisindən keçən hissəsində rayon sakini, 31 yaşlı  İlham Abdullayev boğulub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Daha bir hadisə  Lənkəranda olub. Bəlləbur kənd sakini,19 yaşlı Elgün Əliyev  Lənkərançay çayının Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində batıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Nəticədə Elgün Əliyevin meyiti tapılaraq 8 metr dərinliyi olan çaydan çıxarılıb. Bədbəxt hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir. Faktlarla bağlı araşdırmalar aparılır.