Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			16.06.2020 12:03		
		Piyadaları maşın vurdu
KepezTV Player
					  
					  					  				Xaçmazda piyadavurma hadisəsi olub. Xudat şəhəri ərazisində Siyəzən şəhər sakini Tərlan Əliyev idarə etdiyi “VAZ-2102” markalı avtomobillə yolu keçmək istəyən piyadaları - Bakı şəhər sakini, 51 yaşlı İbrahim Şahbazov və Xaçmaz şəhər sakini, 59 yaşlı Nurməhəmməd Seyidəliyevi vurub. Sonuncu aldığı xəsarətlərdən vəfat edib, Şahbazov isə bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xaçmaz rayonunun prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində sürücü tutularaq istintaqa cəlb edilib.
- Baxış: 1408
 
