• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1904
— 11.06.2020 16:24

Ağstafa Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub

KepezTV Player

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Bununla bağlı nazir general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Polis polkovnik-leytenantı Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinin rəisi təyin edilib.O, bundan öncə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Kəpəz RPİ-yə isə rəis vəzifəsinə hələlik təyinat olmayıb.

Ağstafada polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarılıb

Ağstafa Rayon Polis Şöbəsinin rəhbər heyəti isə tutduqları vəzifələrdən azad ediliblər. Polis şöbəsinin Əməliyyat üzrə rəis müavini İlham Kərimov, Xidmət üzrə rəis müavini Cabir Ələsgərov, Şöbənin Post Patrul Xidməti üzrə Komandiri Qabil Ələsgərov, baş müstəntiqi Rəşad Məhərrəmov və Köçvəlili Polis Bölməsinin rəisi Vüqar Məmmədli işdən çıxarılıblar.