• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2207
— 11.06.2020 16:17

Sosial müdafiə tədbirləri və səhiyyə mövzusunda videokonfrans keçirilib

KepezTV Player

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə daha bir videokonfrans reallaşıb. Növbəti onlayn tədbirin mövzusu pandemiya və postpandemiya dövründə sosial müdafiə tədbirləri və səhiyyə olub.

Koronavirus pandemiyası dövründə təxirə salınan kütləvi tədbirlər Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı tərəfindən onlayn videokonfranslarla əvəzlənib. Bundan öncəki tədbirlərdə olduğu kimi 2 saata yaxın davam edən bu videokonfransa da moderatorluğu YAP-ın Nizami yurdundakı təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev edib. Onlayn yığıncaqda milli məclisin üzvləri, bir sıra nazirliklərin əməkdaşları, eləcə də, Almaniya və Türkiyədə fəaliyyət göstərən həkim və mətbuat nümayəndələri iştirak ediblər. Bundan başqa ölkənin müxtəlif regionlarından olan gənclər də videokonfransa qatılıb. Onlayn tədbirdə mövzuya uyğun olaraq çıxışlar olub, rəsmi şəxslər müvafiq sahələr üzrə fikir mübadiləsi aparıblar.

Mütəmadi olaraq zoom proqramı vasitəsilə keçirilən videokonfrans 5-ci dəfə baş tutub və qarşıdakı həftələrdə də davam edəcək. Daha öncə reallaşan onlayn tədbirlərdə pandemiya zamanı gənclər, təhsil, turizm, ekologiya və media ilə bağlı mövzular müzakirə olunub.