• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1903
— 11.06.2020 12:09

Kənd yerlərində maliyyə xidmətlərindən istifadə asanlaşır

KepezTV Player

“Azərpoçt” MMC Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığa başlayıb. Məqsəd ölkədə, xüsusilə ucqar ərazilərdə yaşayan əhali və fəaliyyət göstərən özəl sektorun elektron maliyyə xidmətlərindən istifadəsini genişləndirməkdir.Layihəyə əsasən, Beynəlxalq Maliyyə Korporasiyası elektron maliyyə əməliyyatlarını icra etməyə imkan verən elektron pul kisəsinin hazırlanmasında “Azərpoçt”la birgə çalışacaq. Təşəbbüs, xüsusilə kənd yerlərində, bank filiallarından uzaqda yaşayan əhaliyə və kiçik sahibkarlara banka gəlmədən ödənişlər etməyə və əsas bank xidmətlərinə rəqəmsal çıxış əldə etməyə imkan verəcək.