• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1661
— 10.06.2020 20:14

Gəncəli futbolsevərlərin elita arzusu

KepezTV Player

Gəncəli futbolsevərlər “Kəpəz”i layiq olduğu yerdə görmək arzusu ilə yaşayır. Divizionda çıxış edən komandanın növbəti mövsüm futbolumuzun elitasında mübarizə aparması ötən il yaranışının 60 ilini səssiz-səmirsiz qeyd edən klub üçün layiqli hədiyyə olar.

Gəncə futbolunun sayılıb-seçilən veteranlarından olan Vahid Abbasova məxsus bu fikirlər ürəyi “Kəpəz”lə döyünən hər bir azarkeşin düşündüyüdür.

Sovet dövründə Gəncə futboluna xidmət edən Vahid Abbasov kimi müstəqilliyimizin ilk illərində Azərbaycan çempionatında “Kəpəz”in şərəfini qoruyan Fazil Pərvərov da doğma komandasını yüksək liqada görmək istəyir.

Bu gün “Kəpəz”in ən qocaman və ən gənc azarkeşi də bu ideya ətrafında birləşib. Hamı Premyer Liqa xəyalının reallığa çevrilməsini arzulayır.

“Kəpəz”in Müşahidə Şurasının üzvü, millət vəkili Müşfiq Cəfərov da Gəncə komandasını yenidən elitada görmək istəyənlər sırasındadır.

“Kəpəz” Premyer Liqada çıxış etmək üçün müvafiq sənədləri AFFA Lisenziyalaşdırma Qrupuna təqdim edib. “Sarı-göylər” sonuncu dəfə 2 mövsüm öncə elitada yarışıb.