• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 796
— 10.06.2020 12:09

Goranboyda raket aşkarlanıb

KepezTV Player

Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində mərmi tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Goranboy Rayon Polis Şöbəsinin və mərkəzi xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndəriliblər. Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində PQ-7L raketi aşkarlanıb. Zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb. Raketin tapıldığı yerin ətrafında 600 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.