• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2166
— 10.06.2020 12:19

Fermerlər taxılın bol olmasına sevinirlər

KepezTV Player

Bu il Samux rayonunda 10 min hektardan artıq sahədə dənli bitkilər əkilib. Bunun 6000 hektarı buğda, 4086 hektarında isə arpadır. Düzgün aqrotexniki qulluq, vaxtında suvarma, ziyanvericilərə qarşı həyata keçirilən tədbirlər hər hektarın əldə edilən məhsuldarlığı 35 sentnerə çatdırmağa imkan verir.

Rahil Həsənov - Samux DAİM-nin direktoru: Kombaynlar dislakasiya olunub. Bilinir ki hansı kombaynlar hansı kənddə biçin aparacaq. Taxıl daşıyan maşınlar hazırlanıb. Qərargah daimi olaraq bu işləri nəzarətdə saxlayır. Hesab edirik bu il taxıl bıçınıni itkisiz başa vuracağıq.

Gürcüstanla həmsərhəddə yerləşən Burunqovaqdan başlanan biçin zamanı kənddə 1000 hektar sahədən məhsul götürüləcək.

Vidadi İsayev - fermer: Burunqovaq kəndi Samux rayonunun ən ucqar kəndi olmasına baxmayaraq buradada biçin başlayıb. Hazırda arpa biçini gedir. 5 hektar sahədə səpin aparmışıq. Hər hektardan 30-35 snetner məhsul gözləyirik.

Biçin zamanı yaranan problemlər rayonda yaradılan qəragah tərəfindən yoluna qoyulacaq. Qərargah üzvləri sahələrdə fermerlərlə görüşür, mövcud çətinliklər yerindəcə həll edilir, mürcaiət və təkliflər müzakirə edilir.

Goranboy rayonunda bu il ötən ilə baxanda təxminən 300 ha yaxın əkinə yararlı torpaq sahəsi dövriyyəyə qatılıb. Bu taxıl sahəsi də həmin əkinə yararlı torpaq sahələrindən biridir.

Goranboyda 23 min 799 ha-da əkilən taxılın 15 min 28 ha arpadır. Artıq 4625 t məhsul biçərək anbarlara yığıb. Hektardan orta məhsuldarlıq ötən ilkindən 10 faiz çox, 33 sentnerdir.

Müşfiq Əliyev - fermer: Özümün 30 ha çox arpa buğda əkmişəm. Şükur məhsuldarlığım yaxşıdır. Biçinimizi tamamlamamışıq, razıyıq. Ötən ilkindən 10 sentner artıq məhsul yığırıq.

Biçinin vaxtında və itkisiz yekunlaşması 60 kombayndan əlavə qonşu rayonlardan da texnikalar cəlb edilib. Sahələrdən taxılın daşınması üçün 400-ə yaxın özü boşaldan və yedəkli traktor da biçinə cəlb edilib. Həmçinin taxıl sahələrində baş verə biləcək yanğınların qarşısını almaq üçün 50 ədəd şum traktoru da fermerlərin ixtiyarındadır.

Aqil Nəbiyev - kombayınçı: 20 illik təcrübəm var, taxıl biçinində işləyirəm. Kombayınımız saz vəziyyətdədir. Camaatın taxılını itkisiz biçib təhvil veririk.

Taxıl biçini ilə bağlı yarana biləcək problemlərlə bağlı rayon icra hakimiyyətində yaradılan qərargahın üzvləri torpaq mülkiyyətçiləri və fermerlərlə mütamadi görüşlər keçirir.

Yasin Məmmədov - Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini: Fermerlər tərəfindən müraciətlər olur və olunmuş müraciətlər dərhal həll olunur. Problem də nədən ibarət olur, müəyyən fermerimiz kombayn çatışmazlığı barədə bizə məlumat verirsə bizim hazırda da ehtiyatda olan kombaynlarımız var. Yaxın ərazilərdə olan kombaynların yönəldilməsini təmin edirik

Hər iki rayonda paralel olaraq aparılan taxıl biçininin iyulun sonlarına kimi yekunlaşdırılması nəzərdə tutulur.

 

Natiq Hüseyn

Elnur Vahidoğlu