• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 10.06.2020 12:21

Reyd zamanı qayda pozanlar aşkarlandı

KepezTV Player

Gəncədə polis əməkdaşları tərəfindən növbəti reyd baş tutub. Maarifləndirici xarakter daşıyan reyd zamanı qayda pozanlara da rast gəlinib.

Gəncənin şərq çıxışında xüsusi karatin rejiminin tələblərini pozan mikroavtobus aşkarlanıb. Şəhərdən çıxış qadağan edilsə də, paytaxta sərnişin aparmaq istəyən sürücü iş başında saxlanılıb. Mikroavtobusda olan təxminən 7-8 sərnişinin də qaydaları pozaraq Bakıya getməsinin qarşısı alınıb. Polis əməkdaşlarının müdaxiləsindən sonra yolçular maşından endirilib, sürücü isə inzibati qaydada cərimələnib.

Gəncənin Qala qapılarında qurulan giriş-çıxış postunda da qaydaları pozanlar aşkarlanıb. İcazəsi olmayan digər rayon və şəhərlərinin sakinlərinə narıncı zonaya daxil edilən ölkənin ikinci böyük şəhərinə girişə izn verilməyib. Eləcə də, şəhərdən çıxmaq istəyənlər sürücülər və sərnişinlər də bu yöndə maarifləndirilib.

Bu səpkidə reydlər iyulun 1-dək uzadılan xüsusi karatin rejimi boyu mütəmadi olaraq davam etdiriləcək.