• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1027
— 09.06.2020 20:25

Modul tipli xəstəxana kompleksləri açılıb

KepezTV Player

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Bilgəh qəsəbəsində modul tipli xəstəxananın açılışı olub.Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışı isə videobağlantı vasitəsilə baş tutub. Hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. İlk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.