• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1459
— 09.06.2020 19:57

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

KepezTV Player

Ölkədə xüsusi karantin rejimi uzadıldı. Karantinin sərtləşdiyi şəhər və rayonların da sayı artırıldı. Operativ Qərargahın bu gün keçirilən brifinqdə daha hansı məqamlara toxunuldu? İzləyək.

Azərbaycanda yeni nov koronavirus xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul gecə saat 12-dək uzadılmasına qərar verilib. Bundan başqa,Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində14 iyun gecə saat 12-dən 16 iyun səhər saat 6-dək sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır. Adıçəkilən şəhər və rayonlarda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Həyat təminatlı müəssisələrin, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək.

TƏBİB-in İdarə Heyətinin sədri bu günə olan statistik məlumatları da diqqətə çatdırıb.

Təbib sədri vurğulayıb ki, xəstəliyin yayılması kontrol altında saxlanılmazasa, o, çox sürətlə yayıla bilər. Gənc yaş qruplarında yoluxma hallarının artması və xəstəliyin ağır keçməsi narahatedici məqamlardandır.

“Xəstəliyin klinikası getdikcə ağırlaşır” deyən Ramin Bayramlı vurğulayıb ki, asimptomatik xəstələrin evdə müalicəsi barədə qərar qəbul edilə bilər.  İndiyə qədər bütün xəstələr xəstəxanalarda müalicə edilib. Evdə müalicə ilə bağlı materiallar hazırlanıb. Pozitiv çıxan xəstələr evdən kənara çıxa və başqalarına yoluxdura bilərlər. Ona görə də bu xəstələrə iltizamnamələr imzalatdırılacaq.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib iyunun 15-dən daxili uçuşların bərpası planlaşdırılır.  İlkin mərhələdə Naxçıvana həftədə iki uçuş nəzərdə tutulur. Sonra uçuşlar artırıla bilər