• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2271
— 09.06.2020 11:39

Gürcüstan turizmin bərpası ilə bağlı ikitərəfli danışıqları dayandırıb

KepezTV Player

“Gürcüstan hökumətinin turizmlə bağlı ikitərəfli danışıqları demək olar yekunlaşdırdığı ölkələrdə epidemioloji vəziyyət gözlənilmədən pisləşib”. Bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria məlumat verib.O deyib ki, həmin ölkələr Gürcüstana müəyyən müddət gözləməyi təklif ediblər: “Həm epidemiya ilə mübarizə, həm də iqtisadiyyatın bərpası üzrə atılan hər bir addım olduqca düşünülmüş və ehtiyatlı olmalıdır”, - deyə Qaxaria vurğulayıb. Bundan əvvəl verilən məlumata görə,qonşu ölkə iyulun 1-dən sərhədlərini xarici turistlər üçün açmağa hazırlaşır.