• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1658
— 08.06.2020 19:46

323 nəfər koronavirusa yoluxdu, 5 nəfər vəfat etdi

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 323 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan beş nəfər vəfat edib.<br>Hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib, 3 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 391 test aparılıb.