• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1386
— 08.06.2020 19:24

Prokurorluq 2 milyonluq korrupsiya cinayətini ifşa etdi

KepezTV Player

Bir qrup vəzifəli şəxsin cinayət əməlləri ifşa olunub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sabiq direktoru Vahid Seyfəlov, mühasibat uçotu sektorunun sabiq müdiri Müşviq Baxışov "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş rayon poçt filialının sabiq şöbə rəisləri - Adil Həsənov və Əslan Lətifovla qabaqcadan əlbir olaraq, Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Müstəqim Məmmədov və rayon peşə məktəbinin sabiq baş mühasibi Yaşar Həsənov tərəfindən hazırlanmış yaşayış yeri və təhsil haqqında saxta arayışlar əsasında sosial müdafiə mərkəzinin səlahiyyət dairəsində yaşamayan, uydurulmuş, eləcə də yaşayan şəxslərin adından özlərinin məlumatı olmadan müxtəlif növlərdə saxta sosial müavinət işləri açaraq həmin müavinət işləri üzrə pul vəsaitlərini mənimsəyiblər. İstintaqla o da müəyyən edilib ki, həmin mərkəzdə ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi işləmiş Mahuzər Musayeva yuxarıda adları qeyd edilən şəxslərlə birgə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 1 milyon 930 min manat məbləğində pul vəsaitini cinayətkar qrupun üzvləri arasında bölüb. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.