• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 787
— 08.06.2020 19:59

Dezinfeksiya işləri həyata keçirilib

KepezTV Player

Gəncədə koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən 2 günlük məhdudlaşdırılma zamanı kompleks dezinfeksiya tədbirləri aparılıb. İşlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar. Gəncənin əsas küçə və prospektləri suçiləyici avtomobillər vasitəsi ilə xüsusi kimyəvi məhlulla yuyulub. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb. Yaşayış binalarında, həyət və məhəllələrdə, buradakı idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.