• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1491
— 08.06.2020 19:52

XİN qarayaxma kampaniyası aparanlarla bağlı DTX-yə müraciət etdi

KepezTV Player

Son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığını müşahidə edirik. Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmi müraciət edilib. Bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. Vurğulayıb ki, Nazirliyin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir. Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılması və Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edilir.