• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1168
— 05.06.2020 20:03

Tükənmişlik sindromu

KepezTV Player

Bəzən elə olur ki, insan son nöqtəyə çatdığını, artıq tükəndiyini hiss edir. Nəsə eləməmək, yerindən qalxmaq belə istəmir. Özünü məcbur etdikdə, çox şeyi itirəcəyinin fərqinə vardıqca belə, "tükənmişəm, artıq yorulmuşam" deyir. Ələxsus da Karonavirus pandemiyası ilə mübarizə dövründə gücləndirilmiş iş rejimində çalışanlarda bu hala rast gəlmək mümkündür. Bəs sözügedən dövrlə mübarizədə bu problemin həlli yolu varmı ?

Araşdırmalara görə, insan bir fikri təxminən 10 dəqiqədən artıq düşünürsə, deməli burda düz getməyən nəsə var. Tükənmişlik hissi, artıq davam eliyə bilməmək kimi problemlər meydana çıxır. İlk sualı sakinlərə ünvanladıq. Olurmu ki, bəzən yarım qalan işə, artıq davam etmək kimi həvəssizlik harana ?

Olurmu ki, bəzən yarım qalan işə, artıq davam etmək kimi həvəssizlik harana ?

İnsanların bir qismi iş saatından gileylənir, digərləri isə işlərini sevərək gördüklərindən vaxt onlar üçün tez keçir. Lakin Covid-19-un dünyanı cənginə aldığı bir dövrdə bəzi idarə və təşkilatlarda işçilərin gücləndirilmiş iş rejiminə keçməsi, iş saatında artıq işləməsi halları da meydana gəldi.

Gücləndirilmiş iş rejimindən sonra tətbiq edilə iki günlük karantin barədə...

Belə bir deyim vardır: “ Əgər bir problem hiss edirsənsə, onun üstünə get”. Yəni, özünüzə qapanır, heç nəyə həvəs göstərmirsizsə, mütləq bunun əksini etməlisiniz. Daha çox insanla ünsiyyətdə olmalı, fiziki aktivliyə özünüzü məcbur etməlisiniz. “Bezmişəm və istəmirəm” fikirləri “ buna baxmayaraq etməliyəm” lə əvəz olunmalıdır. Yalnız bu halda yaşamağa həvəsin daha da artacaq.