• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1740
— 05.06.2020 11:58

Qanlı olay yaşandı

KepezTV Player

Gəncədə bıçaqlanma olub. Şəhər sakini, 27 yaşlı Allahverdi Tağızadə boynun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunub, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Şəmkirin Çənlibel kəndində isə 26 yaşlı Nicat Əsədov bıçaqlanıb. Tibb müəssisəsinə aparılan gəncin vəziyyəti kafi qiymətləndirilir. **Daha bir qanlı olay Gədəbəyin Çoban kəndində qeydə alınıb. 25 yaşlı Ceyhun Fətəliyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan Fətəliyvin vəziyyəti normaldır. Aparılan araşdırmalarla məlum olub ki, onu həmkəndlisi olan yeniyetmə bıçaqlayıb.

Bakının Sabunçu rayonunda 30 yaşlı Günel Babayeva əri tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Bütün faktlar araşdırılır.