• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 04.06.2020 20:35

Açıq havada idman oyunları

KepezTV Player

Azərbaycanda mayın 31-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yarışlarda tamaşaçılar iştirak etməyəcək. Düzdü, hələlik yarışlar keçirilməsə də, açıq havada məşqlərə başlayan idmançılar, futbol oynayan həvəskarlar var.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, millət vəkili Müşfiq Cəfərovun sözlərinə görə, müraciətlər də nəzər alınaraq Gənclər və İdman Nazirliyinin balansında olan Olimpiya komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları peşəkar və həvəskar idmançıların istifadəsinə verilib. Millət vəkili açıq havada yerləşən meydançalardan istifadəyə icazənin verilməsinə baxmayaraq insanların metodik tövsiyələrə əməl etməli olduğunu bildirir.

Açıq havada idman yarışlarının təşkili deyəndə ilk ağla düşən mini meydançalarda topla oynanılan idman növləri olur.  Gəncə Olimpiya İdman Kompleksinin açıq havada cəmi bir meydançası var ki, bu da basketbol oyunu nəzərdə tutulub. Və mövcud vəziyyətinə uyğun olaraq burada oyunlar keçirilmir. Şəhərdəki digər meydançalar isə futbola xidmət edir. Nizami yurdunda kommersiya xarakterli - ödənişli 4 meydança kompleksi var. Belə meydançaların əksəriyyəti demək olar ki, qadağanın götürüldüyü ilk gündən qapılarını müştərilərinin üzünə açıb. Gəncə futbol şəhəri olduğundan və həvəskarlar sevimli idman növü üçün darıxdığından meydançalara müraciət edənlərin sayı həddindən artıq çoxdur.

Yeri gəlmişkən, federasiyaların idman nazirliyinə sifarişləri nəzərə alınaraq, müəyyən prosedurları yeri yetirməklə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya komplekslərində məşqlərinə də icazə verilib.