• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1696
— 03.06.2020 20:06

3 iyun Ümumdünya Velosiped Günüdür

KepezTV Player

3 iyun Ümumdünya Velosiped Günüdür. Bu gün BMT Baş Assambleyası tərəfindən 2018-ci ildə təsis edilib. Bu beynəlxalq tarixin qeyd edilməsi Türkmənistan nümayəndə heyətinin təşəbbüsü ilə irəli sürülüb və 56 ölkənin həmmüəllifliyi ilə qətnamə qəbul olunub.

Velosiped asanlıqla idarə olunan, qiymətcə münasib, ekoloji cəhətdən təmiz və etibarlı nəqliyyat vasitəsidir, fiziki və psixi sağlamlığı möhkəmləndirməyə kömək edir. Artıq 200 ildir bəşəriyyətin istifadə etdiyi velosiped belə təsvir edilir.

Üstünlüklərini sadaladıq və eşitdiz. Əlavə şərhə ehtiyac varsa, sağlamlığımızın keşiyində duran həkimlərin məsləhətlərini də dinləyə bilərik.

Velosiped ətraf mühitə ən uyğun nəqliyyat növüdür, onun istifadəsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsizdir. Velosipedlər istixana qazlarını atmosferə buraxmayaraq havanı çirkləndirmir və küçə səs-küyünün səviyyəsini artırmır. Küçələrdə daha çox velosiped və daha az avtomobillərin olması yol qəzalarının başvermə ehtimalını azaldır.

Yaz-yay fəsli velosiped sürənlər üçün ən ideal vaxt sayılır. Havaların isinməsi ilə bu minik vasitəsinə bazarlarda da təlabatı artırıb, alıcı fəallığı yaradıb. Velosipedlərin qiyməti istehsalçıya, markasına və yaşa uyğun dəyişir.

Gəncədə pedal ustalarının Həvəskar Velosipedçilər Qrupu da var. 5 il öncə yaradılan birlik özündə müxtəlif peşə və yaş qruplarından olan 20-yə yaxın üzvü birləşdirir.

Beləliklə, artıq 3 ildir ki, dünya velosiped ailəsi 3 iyunu bayram kimi qeyd edir. Bu gün idmanı Davamlı İnkişaf Məqsədlərindən biri kimi inkişaf etdirmək və sağlam həyat tərzini təşviq etmək məqsədi daşıyır.