• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2186
— 03.06.2020 20:17

Azərbaycanda şənbə və bazar günləri sərt rejim tətbiq oluna bilər

KepezTV Player

Yoluxma dərəcəsinin artması ilə əlaqədar Azərbaycanda həftə sonları xüsusi karantin rejimi tətəbiq oluna bilər. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün keçirilən brifinqdə tətəbiqi gözlənilən qərarın anonsunu verib. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə xüsusi rejimin tətbiq ediləcəyi yerləri və bir sıra bəzi detalları açıqlayıb.

TƏBİB sədri onu da əlavə edib ki, narıncı zonada keçirilməli olan imtahanların vaxtı dəyişdirilə bilər. Bu barədə bu günlərdə yekun qərar veriləcək. Onun sözlərinə görə, TƏBİB ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün də təklif verib. Saat 8, 8.30 və 9 olmaqla, işdən çıxmaq saatları tətbiq edilsə, ictimai nəqliyyatda sıxlıqda bağlı problemlər olmaya bilər. Ramin Bayramlı yol verilən bu səhvlərin bundan sonra çox qısa müddətdə düzələcəyinə əminliyini ifadə edib: “Düşünürük ki, bu həftə sonu qəbul ediləcək qərardan sonra əks epidemik nəticələr əldə olunacaq. Qarşıdakı həftələrdə, həftə içi də bu qaydalara əməl etsək, bizi daha ciddi və daha sərt addımlar gözləməz. İnsanlar maskadan istifadə etsələr, sosal məsafəni qorusalar, xəstələrin sayı azalsa, yenidən yumşalmaya gedilə, həftə sonu qadağalar götürülə bilər", - deyə TƏBİB sədri vurğulayıb.

Brifinqdə İbrahim Məmmədov onu da əlavə edib ki, bugünkü şərtlərdən çıxış etsək, sərhədlərin açılmasının və aviareyslərin bərpası ilə bağlı qərarın qəbulu aktual görünmür. Amma növbəti həftə vəziyyət necə olacaqsa, buna da uyğun qərar veriləcək. 190 manat birdəfəlik ödəmənin verilməsi də yenidən aktuallaşa bilər.