• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2311
— 03.06.2020 15:57

Gözətçini öldürüb oğurluq edən şəxslər saxlanıldılar

KepezTV Player

Bakıda mağazada gözətçini qətlə yetirənlər saxlanılıblar. Belə ki, 65 yaşlı Hüseyn Əhmədovun işlədiyi Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pulun oğurlandığı müəyyən edilib. Keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini 27 yaşlı Fuad Yusifli və Kürdəmir rayon sakini 28 yaşlı Sadiq Cəlalov tutulub. Onların qarət etdikləri 40 min manat pul və müşahidə kamerasının yaddaş bloku maddi sübut kimi götürülüb. Araşdırmalar davam etdirilir.