• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 903
— 01.06.2020 19:56

I dvizionda mövsüm dayandırıldı

KepezTV Player

Xüsusi karantin rejimi nəzərə alınaraq, bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən telefon zəngi vasitəsilə bəzi məsələlər barədə münasibət öyrənilib. Aparılan geniş müzakirələrdən sonra qərarlar qəbul olunub. Birinci Divizionda çıxış edən klubların müxtəlif regionları təmsil etməsi, yay mövsümü ilə əlaqədar oyunların axşam saatlarında keçirilməsi zərurətinin yaranması və bəzi stadionlarda infrastrukturun müvafiq tələblərə cavab verməməsi nəzərə alınaraq, Birinci Divizionda mövsüm dayandırılıb, hazırkı turnir cədvəlinə uyğun olaraq "Turan Tovuz" qalib elan olunub. "Kəpəz" mövsümü 6-cı sırada tamamlayıb. **Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda oyun ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənib. Premyer Liqa oyunlarının bərpasından 48 saat əvvəl klubların məşqçi və futbolçu heyəti COVİD-19 testindən keçiriləcək.