• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1973
— 01.06.2020 17:39

Posanlıda sakinlər nədən və kimdən şikayət edirlər?

KepezTV Player

Televiziyamızın qaynar xəttinə növbəti şikayət zəngi Şəmkirin Posanlı yaşayış məntəqəsindən daxil olub. Vətəndaşlar yaşadıqları ərazidə məktəbin yoxluğundan və bağça binasının qəzalı vəziyyətindən narahatdırlar. Əməkdaşımız Natiq Hüseyn vətəndaşların iddiaları ilə yerində tamış olub, sakinlərə müjdə də var.

Şəmkir rayonunun Posanlı yaşayış məntəqəsi təxminən 50 il əvvəl salınıb. Əvvəllər sözügedən ərazidə yaşayanların sayı az olsa da son illər yeni evlərin inşası ilə  ailələrin  sayı da çoxalıb. Təbii ki ailələr artıqca yeni tələblər də gündəmə gəlir. İndi Posanlıda yaşayanlar ərazidə məktəbin olmamasından narahatdırlar.

Səftər Xıdırov  -sakin: Heç bir məktəb yoxdur. Belə də yaşamaq mümkün deyil. Necə deyərlər bıçaq sümüyə dirənib. Biz xahiş edirik bizə köməklik olunsun. Heç olmasa bir ibtidai məktəb tikilsin.

İlkin Məmmədov – şagird: Məktəbdən çox çətinlik çəkirik. Cahangir Rüstəmov adına məktəbdə oxuyuram. İstəyirik bizim də burada məktəbimiz olsun. Çox uzaqdır gedib-gələ bilmirik.

Uşaqların oxuduğu mətkəblə yaşayış yeri arasında iki kilometr məsafə var. Bu məsafəni qət etmək isə nə uşaqlar, nə də onların valideynləri üçün asandır. Üstəlik yolda sahibsiz itlərin çoxluğu validyenləri narahat edir.

Şükür Ələkbərov – sakin: Məktəbə maşınla aparıb gətiririk. Işimizdən oluruq. Uşaqlar tək gedə bilmirlər. İtlər hucum edir. Mənim uşağımı şəxsən it yeyib.

Səftər Xıdırov – sakin: Uşaqlarımız hazırlığa və yaxud da məktəbə gedərkən bir kilometr küçənin ayağından başına kimidir bir kilometrdə oradan ya Cahangir Rüstəmov və yaxud da Nəriman Nərimanov adına məktəbə getməldirlər. Uşaqlar yollarda yorulur. Kimin də maşını yoxdursa yol boyu valideyninin əlindən tutur gedir. Yol boyu itlər var.

Posanlı sakinləri ərazidə yerləşən bağça binasının qəzalı vəziyyətdə olduğunu da deyirlər. Digər kənd və qəsəbələrdə olduğu kimi mövcud tərbiyyə müəssiəsinin yenilənəcəyini səbirsizliklə gözləyirlər.

İbrahim Mirzəyev – sakin: Məktəbimiz yoxdur. Nəvələrimizn hamısı 2 kilometr yol qətt etməli olur. Uşaq bağçamız yoxdur bərbad haldadır.

Fərhad Süleymanov – sakin: 11 nəvəm 6 nəticəm var. O müəllim hamısını dedi. Bax bizim bağçamız budur.

Sakinlərin iddialarına əvvəlcə Şəmkir rayon Təhsil Şöbəsində cavab axtardıq.  Şöbənin məsul əməkdaşı Firdovsi Aslanovun sözlərinə görə, Posanlıda yeni məktəb binasının inşası gündəmdə deyil. Təhsil işçisi səbəbi bu cür izah etdi.

Firdovsi Aslanov - Şəmkir Rayon Təhsil Şöbəsinin nümayəndəsi: Şəmkir şəhərinin Posanlı yaşayış massivi yerləşdiyi ərazidə 2 məktəb biansı var. Cahangir Rüstəmov və Nəriman Nərimanov adına şəhər tam orta məktəbləri Posanlı yaşayış massivinin yaxınlığında yerləşir.

O ki qaldı qəzalı bağça binasına, Şəmkir şəhər İcra nümayədəliyindən verilən məlumata görə, yaxın günlərdə Posanlıda yeni uşaq bağçası olacaq.  

Pərviz İbrahimov - Şəmkir şəhər icra nümayəndəsi: Posanlı yaşayış massivində yerləşən 7 saylı körpələr evi-uşaq bağçasının yenidən tikilərək istifadəyə verilməsi nəzərdə tutulub. Biz onu ilin sonunadək tikib istifadəyə verəcəyik.

Posanlıda sahibsiz itlərin çoxluğuna gəlincə Pərviz İbrahimov bu məsələni də nəzarətə götürəcəklərini, bu günədn etibarən yerli bələdiyyə ilə birlikdə bu istiqamətdə əməli işlərə başlayacaqlarını bildirdi.

 

Natiq Hüseyn