• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2235
— 01.06.2020 11:50

Gənc oğlan anasını və bacısını öldürüb

KepezTV Player

Bərdə rayonunun Alaçadırlı kəndində dəhşətli hadisə yaşanıb. Gecə saat 3 radələrində 24 yaşlı Toğrul Zeynallı yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası 41 yaşlı Nəzirə Zeynalovanı qətlə yetirib. Hadisəni görən 21 yaşlı bacısı Əminə Zeynalova evdən qaçıb. Bacısının arxasınca düşən gənc evdən təxminən 200 metr aralıda onu da silahla öldürüb və ərazidən qaçıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən Toğrul Zeynallının tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.