• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2382
— 01.06.2020 11:58

Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları qanunsuz fəaliyyət göstərən daha bir tədris mərkəzi aşakralyıblar. Karantin rejimi qaydalarını pozan mərkəzin rəhbəri və əməkdaşları barəsində qanuna müvafiq tədbirlər görülüb.

Görüntülər Gəncə şəhəri Nizami prospektində gizli fəaliyyət göstərən tədris mərkəzində lentə alınıb. Videodan aydın görünür ki ölkəmizdə sanitar-karantin rejimi ilə əlaqədər olaraq bütün tədris müəssisələrinin fəaliyyəti dayandırılsa da bu obyektin fəaliyyəti davam edir. Sözügedən ünvana baxış keçirən polis əməkdaşlkarı həmin tədris mərkəzinin fəaliyyətini dayandırıb.

Eşqin Qasımov - DİN-nin mətbuat xidmətinin əməkdaşı: Baş Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş  Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school”  uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi  barədə xəbərdarlıq edilib.

Tədris mərkəzinin rəhbəri Fətəli Əliyev əvvəlcə mərkəzin karantin rejimi qaydalarını pozduğunu inkar etməyə çalışıb. Sonradan əsaslı faktlar qarşısında aciz qalaraq polisin qanunu tələbi ilə razılaşıb.

Fətəli Əliyev - tədris mərkəzinin rəhbəri: Orada 4-5 uşaq yüngül gimnasitika ilə məşğul olub. Tam fəaliyyət göstərməyib. Amma fakt olub  ki 4-5 nəfər burada bir metr məsafə olmaqla məşq edib. Bu gün orada təmizlik getdiyi üçün istifadə edib məşq ediblər. Bəli bilmirdim indi bildim. Bundan sonra qayda-qanuna əməl edəcəyik.

Fətəli Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Natiq Hüseyn