• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 31.05.2020 15:58

Velosipedçini maşın vurdu

KepezTV Player

Kürdəmirin Muğanlı kəndində 22 yaşlı Saleh Əsədovu velosipedlə hərəkətdə olarkən Böyük Kəngərli kənd sakini 33 yaşlı  Pünhan Əliyevin idarə etdiyi "VAZ 2106" markalı maşın vurub. Sürücü hadisə yerindən qaçıb. Yaralı təcili tibbi yardım maşınının  köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər vəziyyətini ağır qiymətləndirirlər. VAZ-ın sürücüsü Pünhan Əliyev isə Kürdəmir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Əliyevin yaralının bacısının həyat yoldaşı olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.