• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 31.05.2020 12:09

Tovuzda piyadanı öldürüb qaçan sürücü tutuldu

KepezTV Player

Tovuzda piyadanı öldürüb qaçan sürücü tutuldu. Belə ki, mayın 22-də saat 10 radələrində Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Əyyublu kəndi ərazisində naməlum sürücü idarə etdiyi avtomobillə yolu keçən piyada – 38 yaşlı Məşədi Tağıyevi vuraraq öldürüb. Əraziyə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “VAZ-21063” markalı avtomobilin sürücüsü – Şəmkir şəhər sakini 34 yaşlı Arzu İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.