• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2252
— 30.05.2020 20:03

Baytarlar fermerlərə xəbərdarlıq edir

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirus infeksiyasının ölkə  ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı qarşıya qoyduğu tələblər gözlənilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən tədbirlər davam etdirilir. Belə ki, respublika ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı heyvanların peyvəndləmə və müalicə işləri plana uyğun şəkildə həyata keçirilir. Samuxda da baytarlar  dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır.

Heyvanlara tətbiq edilən vaksinlər əvvəlki illərdən fərqli olaraq immunitetin gərginliyini daha 2 ay artıq saxlayır. Bundan başqa kimyəvi tərkibli olmadığından süddə heç bir zəhərlənmə yaratmır.

Bayandur Rzayev AXA-nin sədr müavini: Sonra da bu heyvandarlıq məhsullarından istifadə etdikdə bizim vətəndaşlarımız kimyəvi tərkibli deyil, tam təbii qidalar qəbul edəcəyik. Yəni bu 2020-ci ilin tədbirlərində yerinə yetirilib. Bu proses 2021-ci ildə də davam etdiriləcək.

Samux rayonunda epizootik tədbirlərin gedişi ilə maraqlanan Aqrar Xidmətlər Agentliyinin sədr müavini ilin əvvəlindən ölkədə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin əhəmiyyətinə toxunub. “Soyuq zəncir” rejiminə riayət olunmaqla tədbirlərin reallaşdırılması üçün rayon baytarları lazımi ləvazimat və avadanlıqlarla təmin ediliblər. Həyata keçirilən epizootik tədbirlərə baxamayaraq fermerlər isti yay günlərində diqqətli olmalıdır.   

Bayandur Rzayev AXA-nin sədr müavini: Heyvanların çimizdirilməsi və sərin yerdə saxlanılması, yəni günəş şualarından qorumaq haqqında fikirləşsinlər. Eyni zamanda o tələblərə riayət etsinlər. Çünki istiliklər baş verdikdə heyvanlarda ağcaqandların aktiv dövrü başlayır və burada müxtəlif xəstəliklərin yayılmasına şərait yaranır. Ona görə də heyvanları mütəmadi olaraq çimzidirmək və sərin yerdə saxlamaq məsləhət görülür.

Baytarlar fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.

Vahid Rüstəmov fermer: Bizim təsərrüfatımızda bütün tədbirlər vaxtlı-vaxtında aparılır. Heç bir xəstəlik yoxdur. Təsərrüfatımız sağlamdır. Bizə lazım olan bütün şərait yaradılır.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Natiq Hüseyn