• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2206
— 30.05.2020 15:14

Maskadan istifadə etməyənlərə xəbərdarlıq edilib

KepezTV Player

Koronovirus pandemisyası ilə əlaqədər olaraq ölkəmizdə karantin rejimi qaydaları yumşaldılsa da virusa yoluxanların sayı durmadan artmaqdadır. Yoluxma riskinin armasına əsas səbəb kimi vətəndaşların sosial izolayasiya tədbirlərinə əməl etməməsi göstərilir. Narıncı zona elan edilən Gəncədə əksər vətəndaşların maskadan istifadə etmədiyi, ictimai iaşə obyektlərində və digər məkanlarda ara məsafəsini qorunmadığı müşahidə olunur. Mövcud vəziyyətdə tətbiq edilən qaydalara riayət olunması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları profalaktiki tədbirləri davam etdirir. Maskadan istifadə etməyin vacib olduğu aşılanır. Müşahidələr onu göstərir ki, ictimai nəqliyyatda və yaşlı nəslin nümayədələri arasında da qoruyucu vasitədən istifadə ürəkaçan deyil. Polis əməkdaşları belə vətəndaşlarla maska paylayıb.

sakin: “Vallah mənim xəstəliklə işim yoxdur. Mənim ürəyim sağlamdır. Mənə Allah ömür verib. Özü bildiyi yaxşıdır. Hansı gündə öldürəcəksə, öldürəcək. Xəstəlikdən qorxmuram, qorxmadıqca mənə yaxın gəlmir. Mən niyə xəstəlikdən qorxuram?!”

sakin: “Ayın 1-dən təzədən dedilər maska taxın. Axşam deyildi. Ayın 1-də də maska taxılacaq. Bunun heç bir sözü-söhbəti yoxdur. Həmişə taxırdım. Bu gün indi çıxmışam. Evdən eşiyə çıxan deyiləm”.

Natiq Hüseyn