• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2340
— 29.05.2020 19:50

Qurudulmuş meyvələrə tələbat hansı səviyyədədir?

KepezTV Player

Meyvə quruları il boyu əhalini faydalı vitamin və minerallarla təmin edən məhsullardandır. İstehsal texnologiyasının tələblərinə düzgün riayət edildiyi təqdirdə onlar da sağlamlıq üçün təzə meyvələr qədər faydalı olur. Hazırda ticarət şəbəkəsində müxtəlif çeşiddə, növdə və keyfiyyətdə quru meyvələr təklif olunur. İstehlakçı olaraq yalnız doğru seçim meyarlarını bildiyiniz təqdirdə, həm dadlı, həm də faydalı məhsul əldə etdiyinizə əmin ola bilərsiniz. Sıradakı materialımız da məhz qurudulmuş meyvələrlə bağlıdır. İzləyək.

Həyat tərzimizin dövrə uyğun dəyişməsi qidalanma vərdişlərimizə də təsir göstərir. Müasir insanlar üçün vaxt ən dəyərli bir şeyə çevrilib. İndi biz demək olar ki, həmişə tələsirik. Hətta qida qəbul edərkən də... Buna uyğun olaraq son illər qurudulmuş meyvə və digər qidaların istehsalı artır. Bu qidalardan istifadə çox rahatdır və vaxta qənaət etməyə imkan verir.

Damaq dadımızın əvəzsiz qidasına çevrilən, hazırda təlabatın böyük olduğu qurudulmuş meyvə çeşidlərinin orqanizmimizə, sağlamlığımıza təsiri necədir?

İndi mağazalarda qurudulmuş, hətta artıq təmizlənmiş və doğranmış meyvə-tərəvəz də satılır. Təbii ki, bu qidalar təzə ərzağın yeriniz verməz. Amma əgər sizin damaq dadınıza meyvələrin qurudulmuş halı xoş gəlirsə, o zaman ehtiyyatlanmağa dəyər. Bir şərtlə ki, bu yalnız istisna hal kimi olsun və bununla bağlı mütəxəssislərin dediklərinə mütləq şəkildə əməl edək.