• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1029
— 28.05.2020 20:31

1 əsri keçən şanlı tarix

KepezTV Player

Tariximizin şanlı səhifələrdən birini vərəqləyirik bu gün. O səhifə ki, orada Şərqin ilk Demokratik Respublikası qurulub. O səhifəki orada Azərbaycan bayrağı milli dövlət atributumuz, Azərbaycan dili dövlət dilimiz elan edilib. Hətta qadınlara ilk dəfə səsvermə hüququ verilib.M.Ə.Rəsulzadə deyirdi: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”. Bu fikirlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.Sadalananlar 23 aylıq hökumətin qəbul etdiyi qərarların bir qismidir və bu gün Azərbaycan Xalq Cümhuriyyəti 102 yaşındadır. Bütün dünya azərbaycanlıları 1 əsri keçən şanlı tarixin ildönümünü qeyd edir. Nə xoş bizə ki, bu tarixin qısa da olsa müəyyən dövrü məhz Gəncə ilə bağlı olub.

Heç asan olmadı. Yaşanan ağrı-acılar, neçə soyqırımların ardından 102 il öncə tarix yazıldı. Qafqazların incisi, türk dünyasının güclü və müasir ölkəsi Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə quruldu. Müsəlman aləminin İlk Demokratik Dövləti məhz bu gün dünyaya göz açdı.

Azad Bayramov tarixçi-alim: Biz bu gün də fəxr edirik ki, 102 bundan əvvəl xalqımız türk-müsəlman dünyasında, ümumiyyətlə dünya xalqları içərisində ilk Demokratik Respublikanı yaradanlardan olub. Bəli, biz o zaman da sübut etdik ki, müstəqil yaşamağa qadir olan xalqıq. 1991-ci ildə müstəqillik haqqında Konstitusiya aktı qəbul edildi. O dövrdən bu dövrə atılan addımlar da bir daha göstərir ki, Azərbaycan dünyada müstəqilliyə malik olan, beynəlxalq aləmdə nüfuzlu, güclü dövlətdir.

Tarix 28 may 1918, saatlar 20:10-u göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma xəbəri Gürcüstanın paytaxtı Tiflisdə elan olundu. O dönəm Cümhuriyyət qurucuları müqəddəs bir vəzifəsini tamamlamaq üçün 16 iyunda Gəncə şəhərinə köçdü, Osmanlı və Azərbaycan əsgərləri aylarla davam edən döyüşlərdə zəfərlər qazandı.

Elgün Aslanov tarix üzrə fəlsəfə doktoru: Gəncə şəhəri AXC üçün ona görə önəmlidir ki, onun yaradıcıları məhz Gəncədən olan xadimlər idi. Ona görə də, bir Gəncə vətəndaşı, gəncəli ziyalı kimi AXC deyəndə Gəncə yada düşür, çünki onun rolu əvəzsizdir. AXC-nin bir dövlət kimi formalaşmasında Gəncədə atılan addımlar mühim əhəmiyyət kəsb edir.

28 may istiqlal qurbanlarının əziz ruhları üzərində hörmətlə əyilir və hər iki tərəf birləşdirən hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişiylə dilə gətirirəm:- Sən bizimsən, bizimsən, durduqca bədəndə Can, yaşa, yaşa, çox yaşa, ey şanlı, Azərbaycan!