Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			28.05.2020 12:21		
		İçkinin təsiri altında törədilən cinayət
KepezTV Player
					  
					  					  				Şəmkirdə avtomobil qaçıran şəxs saxlanılıb. Hadisə mayın 26-ı axşam saatlarında baş verib. Rayonun Keçili kənd sakini Pərvin Quliyev polisə həmkəndlisi Sənan Məmədlindən şikayətçi olaraq onun başına taxta parçası ilə vurduğunu və “Daewoo Nexia” markalı avtomobilini qaçırdığını bildirib. Dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sənan Məmmədli qaçırdığı avtomobil ilə rayon ərazisində saxlanılıb. Saxlanılan şəxs ifadəsində hadisəni içkili halda törətdiyini, avtomobili qaçırmaq fikrinin olmadığını, əməlindən peşman olduğunu bilidirib.
- Baxış: 1101
 
