• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2083
— 28.05.2020 12:18

Kütləvi davada xəsarət alanlar var

KepezTV Player

Tovuz rayonunda 2 nəfər münaqişə zəminində döyülərək xəsarət alıb.Yanıqlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi Röyal Əhmədov kütləvi dava zamanı döyülüb. Hadisə zamanı yeməkxana işçisi olan daha bir şəxs - Ehtiram İsmayılov da müxtəlif bədən xəsarətləri alıb. İlkin məlumatlara görə, hadisəyə yanacaqdoldurma məntəqəsinin ərazisində və ətrafında "avtoşluq" edən şəxslərə yanacaqdoldurma məntəqəsinin işçisinin etiraz etməsi səbəb olub. Sərxoş halda olduğu bildirilən bir qrup şəxslə Əhmədov arasında mübahisə yaranıb, nəticədə dava olub. İsmayılov da onları ayırmağa çalışan zaman xəsarət alıb.Hər iki zərərçəkən xəstəxanaya çatdırılıb.Faktla bağlı araşdırmalara başlanılıb.