• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 26.05.2020 20:50

Abonent “Azərişıq” ASC-nin əməkdaşlarını güllələdi

KepezTV Player

Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşları güllələnib. Hadisə rayonun Yeddioymaq kəndində baş verib. Kənd sakini 51 yaşlı Mansur Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən işçilərlə mübahisə edib və evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açıb.Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.31 yaşlı Ayaz Rəcəbova - sol bazu sümüyünün odlu silahdan yaralanması, yumşaq toxumaların siyrilməsi, 30 yaşlı Orxan Baxşıyevə - sol əlin arxa səthinin yaralanması diaqnozu qoyulub, hər ikisinə yardım göstərilib və evə buraxılıblar. Sol körpücük nahiyədən dəlib-keçən güllə yarası alan 37 yaşlı Ramal Bağırov isə əməliyyat olunub, vəziyyəti ağırdır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.