Bu günə xəbərlərin oxunma sayı: 666
—
26.05.2020 18:03
BƏƏ klubu millimizin futbolçusu ilə yollarını ayırır
KepezTV Player
Birləşmiş Ərəb Əmirliklərinin"Baniyas" klubu Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə yollarını ayıracaq.Abu-Dabi təmsilçisi Braziliya əsilli yarımmüdafiəçi ilə iyunun 30-da başa çatacaq müqaviləni yeniləməyəcək.31 yaşlı oyunçu ilə yanaşı, həmyerliləri Ze Roberto və Luis Antonio da klubu tərk edəcək.Hər 3 futbolçunun ümidləri doğrultmadığı üçün komandadan göndəriləcəyi bildirilib. Qeyd edək ki, qış fasiləsində "Qarabağ"dan "Baniyas"a keçən Almeyda BƏƏ klubu ilə 6 aylıq müqavilə imzalamışdı.
- Baxış: 1023
