• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1013
— 26.05.2020 20:26

“Azəriqaz”dan sayğaclarla bağlı açıqlama

KepezTV Player

Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında deyilir. "Bir smart-kart tipli sayğacın qiymətinə 3 mexaniki sayğac almaq mümkündür. Hazırda istifadə edilən smart sayğacların komplektinin qiyməti 220-240 manat, mexaniki sayğacların komplektinin qiyməti isə 70-90 manat arasında dəyişir. Rəqəmlərdən də göründüyü kimi mexaniki sayğacların alınması dəyər baxımından daha sərfəlidir. Bundan başqa mexaniki sayğaclardan istifadə edən abonentlərin əvvəlki illərdən fərqli olaraq ödənişlərində hər hansı problem yaşanmır, bu da bu qurğuların tətbiqi işini optimallaşdırır. Bəzən abonentlər mexaniki sayğacların köhnə olduğunu irəli sürərək narahatlıqlarını ifadə edirlər. Bu heç də belə deyil, bu tip sayğaclar bu gün də məşhur alman şirkəti tərəfindən istehsal olunur - deyə Azəriqazdan bildirilib.Smart-kart tipli sayğaclardan fərqli olaraq mexaniki tipli sayğaclarda daim qaz axını mövcuddur, onlayn ödəniş imkanlarından istifadə etmək olar. Digər tərəfdən istifadə olunan qaza görə ödəniş barədə bildiriş aldıqdan sonra həmin vəsaiti 30 gün ərzində ödəməyə vaxt verilir. Yəni 30 gün ərzində bu məbləğ abonent üçün borc hesab edilmir.