• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1833
— 26.05.2020 20:26

Akvaparklarda koronavirusun profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib

KepezTV Player

Çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib.Üzgüçülük hovuzları və akvaparkların girişlərində termometriya təmin edilməli, simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıdır.Fiziki məsafənin qorunması məqsədilə çətirlərin oxlarının arasında minimal məsafə 4 m, ailə üzvləri istisna olmaqla insanlar arası fiziki məsafə 2 m olmalıdır.Mümkün olan ərazilərdə, döşəmədə işarələr yerləşdirilməlidir.Vətəndaşların təmasda olduğu əşya və səthlər mütəmadi dezinfeksiya edilməli, hovuz və akvaparkların əraziləri əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin olunmalıdır.