• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2226
— 26.05.2020 16:55

Gədəbəydə baş verən qəzada sərnişinlər xəsarət alıb

KepezTV Player

Gədəbəy rayonunun Parakənd kəndində yol nəqliyyat hadisəsi baş verib. Gəncə sakini 44 yaşlı Kənan Xudiyevin idarə etdiyi  “Mercedes” markalı minik maşını ilə Şəmkir sakini 30 yaşlı Araz Tağıyevin sükanı arxasında olduğu  “VAZ 2106” markalı avtomobil toqquşub. “VAZ 2106”da olan sərnişinlər - Goranboy sakini Zemfira Xıdırova və Gəncə sakini Sarınc Əsgərova, eləcə də “Mercedes”də olan Gəncə sakini Aygün Verdiyeva müxtəlif bədən xəsarətləri alıb.  Yaralılar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Natiq Hüseyn