• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2272
— 26.05.2020 11:53

Yollarda da qanlı hadisələr yaşanıb

KepezTV Player

Nəticələri isə kifayət qədər ağır olub. Qəzaların təfərrüatları ilə bağlı videomaterialımız var.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Müdafiə Nazirliyinin məlumatına görə, qəzada dünyasını dəyişənlərin 4-ü də hərbçidir.

Gəncədə “VAZ 2106” markalı avtomobil ağır yol qəzasına düşüb. Hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda “VAZ” markalı minik avtomobilinin dərinliyi təxminən 10-15 metr olan quyuya düşməsi barədə məlumat daxil olub.Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri 35 yaşlı Fuad Rəcəbovun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobildə olan 30 yaşlı Elmir Məmmədov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Göygöldə də yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Balçılı kəndindən keçən hissəsində qeydə alınıb. “Chevrolet Cruze” markalı minik maşını hərəkətə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə metr kənara aşıb. Qəza zamanı sürücü və onun həyat yoldaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Şəmkir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Qəza Şəmkir şəhər Səməd Vurğun küçəsində qeydə alınıb.Yük maşını idarəetmədən çıxaraq bir neçə avtomobilə çırpılıb. Zəncirvari qəza zamanı Saleh Əsgərov ciddi xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Hadisə nəticəsində daha bir nəfərin yüngül xəsarət aldığı bildirilir.