• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1396
— 26.05.2020 11:48

4 uşaq atası evində qətlə yetirildi

KepezTV Player

Gəncənin Təbriz küçəsində qətl törədilib. Şəhər sakini 61 yaşlı Asim Yusifovun meyiti evinin həyətindəki tikilidə aşkarlanıb. Məlumata görə, mərhum həmin tikilidə tanışı ilə yeyib-içib, hadisə də bundan sonra baş verib. Ailə üzvləri cinayətdən səhər saatlarında xəbər tutublar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. İlin ehtimala görə, mərhuma ikisi ürək nahiyəsinə olmaqla 4 bıçaq zərbəsi vurulub. 4 uşaq atası olan Asim Yusifov təqaüddə olan polis əməkdaşıdır. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.