• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 25.05.2020 18:12

Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

KepezTV Player

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya rəsmi səfər zamanı Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar. Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının açılışından sonra istismar müddəti başa çatan binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada olublar, həmçinin zəlzələdən zərər çəkənlər üçün yeni tikilən çoxmərtəbəli binalarda yaradılan şəraitlə maraqlanıblar. Prezident və birinci xanım Pir Ömər Sultan ziyarətgahında da olublar. Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxış zamanı dövlət başçısı ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verib.