• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1671
— 25.05.2020 19:45

Muzeylərdə "açıq qapı" günləri

KepezTV Player

Bu gündən etibarən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında "açıq qapı" günləri başlayıb. Gəncədə yerləşən muzeylər də ziyarətçilərin üzünə açıq olacaq.

28 May - Respublika Günü və Ramazan bayramı münasibəti ilə təşkil edilən "açıq qapı" günlərində Mir Cəlal Paşayev muzeyinin əməkdaşları növbəli şəkildə iş başında olacaqlar. Muzeydə yazıçının həyat və fəaliyyəti, əsərləri haqqında ətraflı məlumat alamaq mümkündür.

Mirzə Şəfi Vazeh muzeyi də qeyri-iş günlərində fəaliyyətini davam etdirəcək. Ziyarətçilərin qəbulu sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

Açıq qapı günləri 3 gün davam edəcək. Ziyarətçilər 25-28 may tarixlərində səhər saat 10-dan 17-dək milli-mədəni irsimizin qorunub saxlandığı məkanları gəzə biləcəklər.