• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1569
— 24.05.2020 19:39

Qadın avtomobillə 13 nəfəri vurdu

KepezTV Player

Mingəçevirdə qəza olub. Texniki Rezin Məmulatları zavodunun yaxınlığında “Opel” markalı avtomobil eyni anda 10-dan artıq şəxsi vurub. Sükan arxasında qadın sürücü olub. Belə ki, Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb. Bu zaman həyat yoldaşının avtomobili idarə etməyi öyrətdiyi Zülfiyə adlı xanım “Opel” markalı maşının idarəetməsini itirib və nəqliyyat vasitəsi evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb. 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralılardan 9-na tibbi yardım göstərilərək evə buraxılacaq. Qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Xəsarət alan iki uşağın isə vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırmaya başlanılıb.