• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1358
— 24.05.2020 12:05

Liqalarda mövsüm vaxtından əvvəl başa çatdırılıb

KepezTV Player

Oğlan və qız komandaları arasında keçirilən ümumilikdə 12 liqada, həmçinin “Məktəbli Kuboku”nda cari mövsümə yekun vurulub. Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunub.

AFFA-nın yarışlarında Gəncəni “Kəpəz” klubunun müvafiq yaş qrupları üzrə komandaları ilə yanaşı, yerli idman məktəblərinin kollektivləri də təmsil edib. Yeri gəlmişkən, xəstəlik təhlükəsi ilə bağlı mövsüm bütün liqalar üzrə ən qızğın vaxtında dayandırılıb.

Koronavirus pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutululub.

Onu da əlavə edək ki, Rəhman Əziziovun baş məşqçisi olduğu “Kəpəz”in 15 yaşlılardan ibarət komandası 13 kollektivin çıxış etdiyi liqada 10-cu yeri tutub.