• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1677
— 24.05.2020 11:52

Ölkəyə gətirilən tibbi maska və əlcəklər daha bir ay gömrük rüsumundan azad edilib

KepezTV Player

Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb. Nazirlər Kabineti bununla bağlı Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edib. Bu müddət iyulun 1-dək uzadılıb.