• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2522
— 24.05.2020 12:01

“Atabank” və “Amrahbank”da qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödəniləcək

KepezTV Player

“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək. 1 iyundan başlayaraq hər iki bankda 30 min manat ekvivaləntinədək olan əmanətlər üzrə, 1 iyuldan etibarən isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə ərizələrin qəbulu və kompensasiyaların verilməsinə başlanacaq. Əmanətçilərdən kompensasiyaların alınması üçün “Kapital Bank”ın müvafiq filiallarına müraciət edərkən lazımi sənədləri təqdim etmələri xahiş olunur.