• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1866
— 24.05.2020 11:58

Aventura şəhərində Respublika Günü elan olunub

KepezTV Player

ABŞ-ın Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 28 may tarixinin Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb. Sənəddə Amerikada yaşayan Azərbaycanlıların Floridadada güclü iştirakı vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhvələri, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolu qeyd edilib. Veysman 28 may tarixini Azərbaycan Respublika Günü elan edərək Aventura şəhərinin sakinlərini bu bayrama qoşulmağa və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb.