• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2909
— 22.05.2020 19:29

Gənclərin asudə vaxtının təşkili ilə bağlı videokonfrans

KepezTV Player

YAP-ın Gəncə şəhər təşkilatının təkilatçılığı ilə növbəti videokonfrans keçirilib. Bu dəfəki onlayn tədbir postpandemiya dövründə ekologiya, turizm, təhsil və media ilə bağlı olub.

Videokonfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd Tomuyev də iştirak edib. Tomuyev pandemiya zamanı Nizami yurdunda infeksiyanın qarşısının alınması istiqamətində görülən genişmiqyaslı tədbirləri diqqətə çatdırıb. Birinci müavinlə yanaşı bir sıra millət vəkilləri, həmçinin Rusiya və Türkiyədən olan iştirakçılar da onlayn tədbirə qatılıblar. Gənclərin də yer aldığı konfransda mövzuya uyğun müxtəlif səpkili suallar verilib, rəsmi şəxslər də öz növbələrində həmin sualları cavablandırıblar. 

Videokonfrans zoom proqramı vasitəsilə ikinci dəfə baş tutub. İlk onlayn tədbirdə isə gənclərin asudə vaxtlarının təşkili mövzusunda müzakirələr aparılıb.